Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli “Facebook” sosial şəbəkəsində Şimali İraq Kürdüstan Muxtariyyətində keçirilən müstəqilliklə bağlı referenduma, İraqda kürd separatizminə dəstək verən İH-nin hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyev haqqında açıqlama verib.
Mynews.az-ın Modern.az-a istinadən xəbərinə görə, A. Nəzərli deyib ki, şöbə müdiri Füzuli Tanrıverdiyev barəsində ölçü götürüləcək: “Məsələ diqqətimizdədir. Lazımi ölçü götürüləcək”.
Qeyd edək ki, Füzuli Tanrıverdiyev özünün "Facebook" səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb.
Məsələnin ictimailəşdiyini görən Füzuli Tanrıverdiyev dərhal paylaşımlarını silib.
Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıqlama veriblər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub