“Azad Azərbaycan Müstəqil Teleradio Şirkəti rəhbərliyinin dəyişdirilməsi məsələsi Milli Televiziya və Radio Şurasının (MTRŞ) səlahiyyətində olan məsələ deyil”.
Mynews.az xəbər verir ki, bunu Report-a açıqlamasında MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov deyib. O bildirib ki, “Televiziya və radio yayımı” haqqında qanunun 2-ci maddəsinə əsasən, telekanal rəhbərliyinin dəyişdiriliməsi TV-nin təsisçilərinin səlahiyyətindədir: “Təsisçilərin qərarı ilə televiziya rəhbəri olmuş Vüqar Qaradağlının vəzifəsindən azad edilib, yerinə Azər Xəlilovun təyin olunması adi haldır. Burada qeyri-adi heç nə yoxdur”.
T.Məmmədov CBC televiziya kanalının yayımının dayandırılması barədə gəzən söhbətlərə də münasibət bildirib. O, bu məlumatların doğru olmadığını deyib: “Televiziyanın rəhbəri başqa yerə gedirsə, bu, kanalın bağlanması demək deyil”.
Qeyd edək ki, bu gün Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlının yerinə əməkdar jurnalist Azər Xəlilov təyin olunub. A.Xəlilov indiyədək CBC televiziyasının direktoru vəzifəsində çalışırdı.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub