Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qışa hazırlıq məqsədilə hazırlanan qablaşdırılmış qidalardan zəhərlənmə ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Mynews.az xəbər verir ki, bu barədə mərkəzdən virtualaz.org saytına bildiriblər ki, qış aylarında zəhərlənmələr daha çox evdə hazırlanaraq qablaşdırılan məhsullardan baş verir. “Bu ilin birinci rübündə 103 zəhərlənmə baş verib, nəticədə 162 nəfər zərər çəkib. 8 botulizm hadisəsi olub, bundan 15 nəfər zərər görüb. Botulizm hadisəsindən 3 nəfər dünyasını dəyişib”, -məlumatda deyilir.
Qeyd edək ki, bu ilin 8 ayında 255 zəhərlənmə olub, 388 nəfər zərər çəkib. 11 botulizm hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər ölüb, 21 nəfər zəhərlənib. Avqustda 29 zəhərlənmə hadisəsi olub, bundan da 40 nəfər zərər çəkib. Məlum olub ki, zəhərlənmələrin hamısı məişətdə, qidadan baş verib.
Onu da xatırladaq ki, dünən Balakən rayonunun Bedağar kəndində bir ailənin 5 nəfər üzvü zəhərlənib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub