Kredit ödənişi ilə bağlı mübahisələrdə həmişə bank vətəndaşın borcu olduğunu iddia edirdi. Ancaq indi bunun tam əksi yaşanıb. Binəqədi sakini olan bir xanım bankın ondan 320 dollar əlavə ödəniş aldığını iddia edir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, hər zaman vətəndaşın banka borcu qalırdı və problemlər bundan qaynaqlanırdı. Ancaq bu dəfə vətəndaş bankın ona borcu olduğunu iddia edir. Maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Rəna Vahidovanın başına gəlib. Onun sözlərinə görə bank ondan 260 dollar əvəzinə 588 dollar ödəniş alıb.
Rəna Vahidova bildirir ki, o ödənişləri vaxtından əvvəl ödəsə də ödədiyi pullar ödənməmiş kimi göstərilib və bank məhkəməyə müraciət edib. Nəticədə ona əlavə ödəniş kəsilib.
Hüquqşünas Asif Abdullayev bildirir ki, məhkəmə əgər qadının artıq pulunun alınması ilə bağlı ekspertiza təyin edibsə bu proses bir az uzun çəkir. Və əgər sonda müəyyən olunsa ki, qadının pulu təyin olunandan artıq alınıb həmin vəsait məhkəmənin qərarı ilə həmin qadına geri qaytarılacaq.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub