Dünya çempionunu öldürən Anara görə HƏR KƏS AYAĞA QALXDI - Polad Bülbüloğluna... - VİDEO
Rusiyanın Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində şübhəli bilinən azərbaycanlı Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.
Deputatın oxuduğu mətndə A.Allahverənovun ittiham olunduğu maddənin dəyişdirilməsi və ittihamın yumşaldılması istənilir.
Deputatın sözlərinə görə, daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan əsl isteriya qalxıb və təkbətək davaya millətlərarası xarakter verilib.
Allahverənova qarşı hazırda Cinayət Məcəlləsinin 105-ci maddə ilə ittiham irəli sürülüb. Həmin maddə ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.
Rusiyalı deputatın sözlərinə görə, videoyazının köməyi ilə cəmiyyətlə şüurlu şəkildə manipulyasiya edilib. Smolkin Yevgenin bildirir ki, davanın 20 saniyəlik hissəsinin yalnız 9 saniyəsi – Anarın rəqibinə öldürücü zərbələr endirdiyi hissə dərc olunub. Deputatın fikrincə, beləliklə, Draçevin öz opponentinə zərbələr vurduğu videokadrlar cəmiyyətdən gizlədilib.
Deputat Polad Bülbüloğludan A.Allahverənova kömək göstərmək üçün bütün diplomatik imkanlardan istifadə etməyi xahiş edib.
Xatırladaq ki, avqustun 20-də səhər tezdən kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionu ilə dava zamanı ona öldürücü zərbələr endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.
mənbə: publika.az
Cəmiyyət
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub"
- Prezidentin nəvələri Mesut Özillə görüşdü
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı
- DYP-dən yağışlı havaya görə MÜRACİƏT
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Prezidentin nəvələri Mesut Özillə görüşdü 1138 dəfə oxunub
- Kənan Qurbanovun atası onun dənizdə batmağına inanmır - "Bilmirəm, kimə qoşulub" 1134 dəfə oxunub
- Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb 1100 dəfə oxunub
- “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstəyini davam etdirir - FOTOLAR 1001 dəfə oxunub
- Çağırışdan yayınanlar əsgər göndərilir - Adlar təqdim edildi 983 dəfə oxunub