"Hesab edirəm ki, əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır. Hansısa fakt varsa, müvafiq qurumlar tədbir görməlidir".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Bununla bağlı "Azəravtoyol" ASC ilə danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmət mərkəzlərinin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması planlaşdırılır. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər”.
Nazir əlavə edib ki, müxtəlif dərəcəli hotellərin inşası insanların bu sahəyə marağını göstərir: "Azərbaycan 3,5 milyon turist qəbul etmək iqtidarındadır. Yeni tədbirlərin keçirilməsi bu tələbatı artıracaq. Sərmayəçi turizm müəssisəsi inşa edə bilər, amma orada çalışan insanların hazırlıq səviyyəsi bizim diqqət mərkəzimizdə olmalıdır. Biz bu rəqəmlərin çoxalmasına diqqət etməliyik".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub