Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova report-a açıqlamasında deyib ki, qış fəsli haqqında proqnozun verilməsi hələ tezdir: "Fəsillik proqnozları Proqnozlar bürosu verir. Qış fəslinin necə keçəcəyi ilə bağlı indidən məlumat vermək doğru deyil. Qış fəsli ilə bağlı fəsillik proqnoz isə dekabr ayının əvvəlində ictimaiyyətə təqdim olunacaq".
G.Məmmədovanın sözlərinə görə, hazırda payız fəsli ilə bağlı fəsillik proqnoz vermək mümkündür.
Qeyd edək ki, dünən KİV-lərdə bu il Azərbaycanda qış fəslinin sərt keçəcəyi ilə bağlı məlumatlar yayılıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub