Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.
Mynews.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək, Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib.
Məktəb direktoru Elza Aşirova isə bildirib ki, məktəb qaydalarına əsasən, baş örtüyünə qadağa qoyulub. Onun sözlərinə görə, şagirdlərin məktəbə papaq və başqa baş örtükləri ilə gəlməsi qadağandır.
Qeyd edək ki, son illər Gürcüstanın orta məktəblərində hicabla bağlı bir neçə insident qeydə alınıb. Bu yaxınlarda ombudsman insidentlərlə bağlı ölkənin Təhsil və Elm Nazirliyinə şagirdlərin dini mənsubiyyətini ifadə etmək hüququnun təmin edilməsi ilə bağlı müraciət edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub