Azərbaycanın dövlət bayrağı, dövlət himni və dövlət gerbi ilə bağlı Konstitusiya qanunlarına dəyişiklik müzakirəyə çıxarılacaq.
Həmin dəyişikliklərə dair təkliflər Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.
Belə ki, işlər planında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” və “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanun layihələrinə əlavə və dəyişikliklərin müzakirəsi yer alıb.
Layihələrin məzmunu hələlik açıqlanmayıb. İşlər planı MM-in payız sessiyasının oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq. //APA
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub