Bir neçə gün əvvəl Ermənistanın Nubaraşen ərazisində yerləşən hərbi hissənin silah anbarında partlayış baş verib.
Mynews.az-ın məlumatına görə, bu barədə “Jogovurd” qəzeti xəbər verir.
Nəşr xəbər yayır ki, ölən və zərər çəkənlər yoxdur.
Hadisənin başvermə səbəbləri barədə məlumat almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət edilib. Lakin sorğuya cavab olaraq, ER MN mətbuat katibi Arçrun Ovannisyan bildirib ki, hərbi hissədə partlayış baş verməyib.
“Hərbi hissədə hər hansı silah anbarı partlamayıb. Qeyd olunan vaxtda əşya anbarında yanğın olub. Nəticədə heç kəs xəsarət almayıb. Hazırda xidməti araşdırma aparılır”, - deyə Ovanisyan bildirib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub