Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Azər Tağıyev vəzifəsindən azad olunub.
Mynews.az report-a istinadən xəbər verir ki, bu barədə VK-nın Rəyasət Heyətindən məlumat verilib.
Belə ki, dünən, sentyabrın 27-də Kollegiyanın Rəyasət Heyətinin iclası keçirilib. İclasda A.Tağıyevin Rəyasət Heyətinə ünvanladığı müraciətə baxılıb. A.Tağıyev müraciətində səhhəti ilə bağlı sədrlikdən getmək istədiyini bildirib.
A.Tağıyev səhhəti ilə bağlı iclasda iştirak etməyib. Onun müraciətinə baxılıb və A.Tağıyev VK-nın Rəyasət Heyətinin sədri vəzifəsindən azad olunub.
Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edəcək.
A.Tağıyevin beş illik səlahiyyət müddəti bu ilin dekabr ayında bitəcəkdi.
Bu il dekabr ayında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin konfransı keçiriləcək. Konfransda Rəyasət Heyətinin üzvləri və Heyətin yeni sədri seçiləcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub