“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti dünən Bakıda keçirilən “Qarabağ” – “Roma” oyunundan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin sayını açıqlayıb.
Mynews.az-ın məlumatına görə, Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, oyundan sonra metronun bir stansiyasına 25 mindən artıq sərnişin daxil olub.
Onun sözlərinə görə, platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb: “Həmin gün gecə saat 22:00-23:00 radələrində “Koroğlu” stansiyasına 25 mindən artıq sərnişin daxil olub. Sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb. Bu, rekord göstəricidir. Bir gün əvvəl həmin stansiyaya bir saata 1300 sərnişin daxil olub. Dünən isə həmin günə nisbətən 20 dəfə artıq vətəndaş həmin stansiyadan istifadə edib”.
Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Roma" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub