ARB TV-nin "Rezonans" verilişində bu dəfə ata və oğulun həbsxana xatirələri təqdim olunub.
Adil Əliyev (cəzası 13 il): "Ticarətlə məşğul idim. İrana gedib-gəlirdim. Narkotiklə tutulmuşam. Bir oğlum var o da mənim kimi oldu. 3 ay idi evlənmişdi. Nəvəm də var. Həyatları korlandı. Həm nəvə həsrətindəyəm, həm də ailəmin. Mənim başımda ağ tük yox idi. Oğlum bura gələndən sonra saçım ağardı. Çox pis təsir edir. Qızlarımın toyunu görə bilmədim. Tezliklə buradan çıxacağam. Artıq əlimin sənəti var. Nəvəmə imkan vermərəm ki, yolumla getsin. Bura elə yerdir ki, burada həyatı anlayırsan. Daha bir də bura düşməyəcəm".
Amid Əliyev (cəzası 11 il): "Bizim bir qohum gecə zəng vurdu ki, gəl qabağıma. Mən də taksi şoferi işləyirdim. Bu da İrandan gəlirmiş və üzərində narkotik gətirirmiş. Gələndə bizi tutdular. Hər gün atamı gördükcə ölüb yerə girirəm. Onun başını mən ağartdım. Gecələr arada durub görürəm ki, atam yatmır oturub siqaret çəkir. 3-4 il qabaqkı fikrim olsaydı, yenə deyərdim ki, narkotik satacam. Amma indi o fikrim yoxdur. Atam məni çox istəyirdi. Birinci sinifə gedəndə atam mənə xarici maşın almışdı ki, məktəbə maşınla gedim. Biləsuvarda o vaxt 2 adamda ya vardı, ya da yox idi o maşından. Bir daha narkotik satmayacam və pis işlərdən uzaq olacam".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub