“Azərbaycanda qeyri-sabit hava şəraiti sentyabr ayının axırına kimi davam edəcək”.
Bunu Oxu.Az- a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: “Müxtəlif yerlərdə yağış intensiv olacaq. Havanın temperaturu günorta saatlarında 17-22, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək”.
Növbəti günlərdə Bakının hava şəraitinə gəlincə G.Məmmədova vurğulayıb ki, paytaxtda yağan intensiv yağışlar növbəti günlərdə zəifləyəcək: “Paytaxtda fasilələrlə yağış yağacaq. Hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim şimal-şərq küləyi əsəcək”.
Belə hava şəraitində isə həkimlər diqqətli olmağı məsləhət görürlər.
Payız və qış aylarının soyuq günlərində xəstəliklərdən qorunmaq üçün xüsusilə C vitamini ilə zəngin qidalara önəm vermək lazımdır. Bununla yanaşı digər vitaminləri də qəbul etmək vacibdir.
Bu barədə Oxu.Az-a danışan Neftçilər Xəstəxanasının şöbə müdiri Ədalət Abdullayev xüsusi risk qrupuna daxil olan insanların ildə bir dəfə qrip əleyhinə peyvənd olunmasını məsləhət görür.
Şöbə müdiri immun sisteminin gücləndirilməsi üçün qida rasionuna da fikir verilməli olduğunu deyir.
“Havalar soyuduqda immunitet aşağı düşür, eləcə də, viruslar var ki, mənfi dərəcədə aktivləşirlər. Daha doğrusu soyuq havada onların çoxalması müşahidə edilir. Belə vaxtı insanlar özlərini qorumaq üçün müəyyən tədbirlər görməlidirlər. Müqavimətin qaldırılması məqsədilə meyvə - tərəvəzlərdən daha çox istifadə edilməlidir. Soyuqdan qorunmaq üçün qalın paltarlar geyinilməlidir”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub