Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” qrupun ikinci matçında "Roma”ya 1:2 hesabı ilə məğlub olub.
Ağdam klubunun azarkeşi kimi tanınan millət vəkili Aqil Abbas qarşılaşma barədə fikirlərini Yenicağ.az-la bölüşüb.
"Dünən "Qarabağ” qalib gəldi, dədə. Futbolçular içlərindəki xofa, vahiməyə qalib gəldilər. "Roma” Bakıdan qayıdandan sonra bilirsən kiminlə oynayacaq? – "Milan”la…
– "Qarabağ” da "Zirə” ilə…
– "Zirə” yenə komandadı. Ya "Səbail”lə oynayacağıq, ya da "Neftçi” ilə.
– "Neftçi” komanda deyil?
– Deyil də, qardaş. Yəni, zəifdir. Onların çempionatında bilirsən necədi? İkinci yeri tutan komandaların baş məşqçiləri istefa verir. O komandalar yalnız birinci yer uğrunda vuruşurlar. Amma bizdə necədi? Çempionluq uğrunda yalnız iki komanda oynayır. Buna görə də içimizdə bir vahimə vardı. Amma ikinci hissədə "Qarabağ” "Roma”ya oynamağa imkan vermədi. Düzdü, ilk hissədə furbolçularımız həyəcanlıydı, buna görə də Şehiçin səhvindən sonra qapımızda qol gördük. Kişi kimi oynadılar və uduzdular. "Roma”nın bir futbolçusunun qiyməti "Qarabağ”ın 3 illik büdcəsinə bərabərdir. Onlar "F-16”-larla, "S-300” raketləri, ən müasir tanklar və füzələrlə, amma biz "Roma”nın qarşısında ov tüfəngi, beşaçılan və iki dənə "Kalaşnikov”la… İndi bu döyüşü siz təsəvvür edin də.
– Başqa hansı məqamlardan narazı qaldınız?
– 60 min adam ora nəyə yığışmışdı, bircə onu başa düşmədim. Onlar ora nəyə gəlmişdilər? Heç onlar bilmir axı futbol nədir. Elə bil "Leyli-Məcnun”a baxırdılar. Bir türk yazıb ki, komandaları o cür futbol oynayır, amma azarkeşlik mədəniyyəti inkişaf etməyib. Dünən azarkeşlər 12-ci oyunçuya çevrilə bilmədilər.
– Bəs qarşılaşma "Tofiq Bəhramov” adına stadionda keçirilsəydi…
– Orda oynasaydıq, qalib gələcəkdik.
– Bilirik ki, "Qarabağ”ın oyunlarında emosional olursunuz. Ən çox hansı epizod sizi əsəbiləşdirdi?
– Bütün oyun boyu əsəbi oluram. Məni əsəbiləşdirən futbolçuların topu özlərində çox saxlamalarıdır. Çığırıram ki, ayə, topu axşam evinizə aparacaqsan? Bunların hərəsinə bir top vermək lazımdır. Mən futbolun mütəxəssisiyəm. Və özünüz də gördünüz ki, səhv ötürmədən sonra "Roma” qol vurdu. Sən durduğun yerdə topu onlara verdin. Topu saxlamaqla özünü kimə göstərirsən? Sənin kim olduğunu bilirik də.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub