Azərbaycanlı futbol azarkeşi Pərvin Hüseynov onu “çirkin” (“Ciao brutto”) adlandıran Roma futbolçusu Raca Nainqqolanla Bakı aeroportunda görüşüb və söhbət edib.
Mynews.az Haqqin.Az-a istinadən məlumatına görə, Pərvin “Latsio” klubunun azarkeşidir. Çərşənbə günü Bakıda italyan klubunun yarımmüdafiəçisi Raca Nainqqolan hotelə keçmək istəyərkən, yerli azarkeş ona “Forza Lazio” (Latçio, irəli) deyə qışqırıb. Nainqqolan isə özünü itirməyib, və “Latsio”nun azarkeşini “çirkin” adlandırıb.
Belçikalı futbolçu Bakını tərk edən zaman Pərvin Hüseynov onunla söhbət etməyə imkan tapıb.
“Onun mənə dediyi sözü qaytardım. Biz ingilis dilində söhbət etdik. Nainqqolana onun özünün “brutto” olduğunu dedim. Raca özünü itirdi və qeyd etdi ki, “Latsio” qışqırmağım onun xoşuna gəlməyib, bu səbəbdən də mənə “çirkin” deyib.
Pərvinin sözlərinə görə, o 1994-cü ildən “Latsio” klubuna azarkeşlik edir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub