Azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin güllələndiyi avtomobil Azərbaycandadır.
Mynews.az unikal.org-a istinadən məlumatına görə, Canıyevin Beşiktaşda qətlə yetirildiyi “Range Rover” markalı, 90 ND 011 dövlət nömrə nişanlı avtomobili bu günlərdə istintaq işi başa çatdığı üçün Bakıya gətirilib.
Məlumata görə, avtomobil “qanuni oğru”nun Bakıdakı bağ evində saxlanılır.
Xatırladaq ki, Azərbaycanlı “qanuni oğru” Rövşən Canıyev (“Rövşən Lənkəranski”) 2016-cı il avqustun 18-də Türkiyədə öldürülüb. “Rövşən Lənkəranski” kimi məşhurlaşan Rövşən Canıyev İstanbulun Beşiktaş bölgəsində qaldığı hoteldən çıxdıqdan sonra onun olduğu avtomobil pusquya düşüb. Hoteldən çıxan “Range Rover” markalı, Az 90 ND 011 dövlət nömrə nişanlı avtomobil 10 metr irəlidə pusqu quranların silahlı hücumuna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.
muna məruz qalıb və qanlı hadisə nəticəsində qətlə yetirilib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub