İş elanı adı ilə xanımlara şəxsi sualların verilməsi, seksual hərəkətlərlə bağlı redaksiyamıza dəfələrlə müraciətlər daxil olub.
Analoji hal bu gün iş axtaran daha bir xanımın başına gəlib. Belə ki, adının çəkilməsini istəməyən xanım bu haqda sosial şəbəkədə yazıb:
“Hazırkı iş elanlarına baxmaq üçün səhər müvafiq saytlardan birinə daxil oldum. Bir tədris mərkəzində uyğun vakansiya görüb əlaqə saxlamaq üçün qeyd olunan nömrəyə yazdım. Təkidlə “evlisiniz?” “evli olub boşanmısınız?” kimi sualları ünvanlamağından anladım ki, burada nəsə başqa bir şey var. Təbii ki, subay və ya evli olduğum barədə maraqlana bilərlər, amma hər iki cümlədən bir bu sualları verməyi məni özümdən çıxardı. Belə sualları nə səbəbə verməsiylə maraqlananda “katibə müdirə yaxın olur” cavabını verib.
Xanım həmin şəxsi polislə hədələyib. //Azərbaycan24
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub