Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.
Mynews.az xəbər verir ki, daha sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib.
Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.
Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib.
Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.
Dövlət başçısı yüksək mükafatlara görə Janez Koçijançiçə və Marius Vizerə təşəkkürünü bildirib.
***
Mynews.az xəbər verir ki, Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirlər.
Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.







1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub