Azərbaycan Yazıçılar Birliyi meyxanaçı Namiq Mənanın Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqda yayılan xəbərlərlə bağlı bəyanat yayıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, bəyanatda xəbərlərin tamamilə əsassız olduğu bildirilib:
“Bir gün bundan öncə Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinin yaradılması və ona sədr “seçilməsi” ilə bağlı jurnalistlərin ünvanladığı suallara AYB Mətbuat Xidməti münasibət bildirərək, yayılmış informasiyanın həqiqəti əks etdirmədiyini və AYB Katibliyində belə bir qərarın qəbul olunmadığını bildirmişdi. Ancaq bəzi saytlar hər zaman olduğu kimi Yazıçılar Birliyinə düşmən münasibət bildirərək yazıçı saydıqları bir neçə mənasız adamların yalan və böhtanlarını yaymağa başladılar. Belə bəyanatlarla bu adamlar yalnız öz yaradıcılıq iflasını göstərir, özlərini biabır edirlər. Bu abırsız böhtanlara görə həmin şəxsləri məhkəməyə verə bilərdik, amma onların bütün varlıqları məhkəməyə göndəriləcək bir vərəq kağıza da dəyməz. Əvvəlki böhtanlarına görə məhkəmə qorxusundan üzrxahlıq məktubu yazanlar yenə də yalvar-yaxarla bağışlanacaqlarına arxayın olmasalar yaxşı olar”.
Qeyd edək ki, son günlər meyxanaçı Namiq Mənanın Birliyin Qubadlı bölməsinə rəhbər təyin edilməsi haqda xəbərlər yayılıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub