Respublika Müalicə Diaqnostika mərkəzinin həkimi, cərrah Elmar Məmmədov Azərbaycanda unikal əməliyyat həyata keçirib.
Mynews.az medicina.az-a istinadən xəbər verir ki, ölkəmizdə ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatını uğurla başa vurub. Cərrah əməkdaşımızla söhbətində deyib ki, əməliyyatda 23 yaşlı qızın ağciyərinin sol payı əməliyyatla xaric olunub:
"Ağır vəziyyətdə xəstəxanaya çatdırılan pasiyentin sağ qalma şansı az idi. Əməliyyat çox riskli idi, çünki ürək damar və aortanın yerləşməsi maksimum ehtiyatlı olmağı tələb edirdi. Cərrahların peşəkarlığı sayəsində Azərbaycanda ilk dəfə ağciyərin kəsilib götürülməsi əməliyyatı uğurla başa çatdı. 4 gündən sonra pasiyent evə yazıldı. 15 gündən sonra o işinə qayıtdı və hazırda vəziyyəti yaxşıdır".
Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox nadir tibb mərkəzlərində icra olunan əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərin icra etdiyi əməliyyat ölkə səhiyyəsinin son illərdə əldə etdiyi uğurlardan biridir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub