İraqda İŞİD-in əlindən alınan ərazilərdə tapılan sahibsiz azərbaycanlı uşaqlar, 2 yaşlı Xədicə və 3 yaşlı Abdullanın harada saxlanıldığı bəlli oldu.
"Bu uşaqlar hazırda İraqda kimsəsizlər evində saxlanılır". Bu barədə Mynews.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, həmin kimsəsizlər evində təkcə Azərbaycandan deyil, digər ölkələrdən də uşaqlar var: "Abdulla hazırda müayinə olunur. Və dövlətin diqqəti altındadır. Azərbaycanın İraqdakı konsulu mütəmadi olaraq ona baş çəkir. İndi sənədləşmə işləri aparılır. Yaxın vaxta Azərbaycana gətiriləcək".
H.Hacıyev onu da qeyd etdi ki, 3 yaşlı Abdullanın yanında tapılan 2 yaşlı Xədicənin azərbaycanlı olub olmaması hələ ki müəyyən edilməyib: "Bu uşağın kim olması hələ dəqiqləşdirilməyib. Onun yaşı az olduğu üçün danışa bilmir. Fotosu yayılsa da, Abdulladan fərqli olaraq, yaxınları da ortaya çıxmayıb ki, vətəndaşlığı müəyyən edilsin".
Müharibənin alovundan keçən və şiddətə məruz qalan Abdullanın anasının necə yanması barədə hərbiçilərlə etdiyi söhbət hamını çox təsirləndirmişdi. H.Hacıyev bu uşağa psixoloji dəstək olub-olmadığı barədə suala da cavab verib: "Abdulla hazırda kimsəsizlər evində, sadəcə, təhlükəsiz şəraitdə saxlanılır. Azərbaycana gətirildikdən sonra isə təbii ki, mütəxəssislər tərəfindən xüsusi yardım, dəstək alacaq".
XİN sözçüsü həmçinin bunları deyib: “ Çox təəssüf edirik, bəzi vətəndaşlarımız özləri ilə yanaşı, körpə uşaqlarının da həyatlarını təhlükə altına atırlar. Bunlar çox acı təcrübədir”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub