Xəbər portallarında və sosial şəbəkələrdə Lənkəranın Gərmətük kənd qəbiristanlığında dəfnin düzgün aparılmaması ilə bağlı informasiyalar yayılıb. Xəbərdə qeyd edilib ki, orada qəbir daşlarının üzü qibləyə deyil, başqa istiqamətdədir. Əməkdaşlarımız da məsələni araşdırmaq üçün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü ilə birlikdə həmin qəbirstanlığa yollanıblar.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, qəbiristanlıqda dəfnin yanlış həyata keçirilməsi ilə bağlı xəbər yalan çıxdı.
Bir neçə gündür ki, xəbər portallarında və sosial şəbəkələrdə Lənkəranın Gərmətük kənd qəbiristanlığında qəbir daşlarının üzü qibləyə deyil, başqa istiqamətdə olması barədə xəbərlər yayılıb. Həmçinin qeyd olunub ki, üzü qibləyə olmayan qəbrlər arasında yeni dəfn olunanlar da üstünlük təşkil edir.
Məsələni araşdırmaq üçün əməkdaşlarımız Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Sədi Axundzadə ilə birlikdə həmin qəbirstanlığa yollanıblar. Araşdırmalar zamanı məlum olub ki, istər yeni, istərsə də köhnə qəbirlərdən heç biri yanlış dəfn edilməyib. Din xadimi bunu kompasla da yoxlayıb. O, qeyd edib ki, Gərmətük Lənkəranın ən qədim kəndlərindən olduğu üçün 1918-ci ildə ermənilər təkcə burada 70-dən çox insanı amansızca qətlə yetirib. Həmin hadisələrdə qətlə yetirilənlər də qaydalara uyğun dəfn olunub.
Sədi Axundzadə deyir ki,baş daşı və qəbrin üzərindəki abidə hər hansı bir sürüşmə nəticəsində də yerindən oynaya bilər. Lakin bu, dəfnin yanlış olması kimi qiymətləndirilə bilməz. Əsas olan cəsədin İslami qaydalar uyğun basdırılmasıdır.
Sədi Axundzadə bildirir ki, qəbrin üzərində beton piltələr qoyulan zaman da yanlışlığa yol verilə bilər. Lakin bu da heç bir əhəmiyyət daşımır. Çünki, əsas olan meyitin üzü qibləyə olmasıdır.
Din xadimi insanları bu cür məlumatları yayarkən diqqətli olmağa çağırır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub