"Bir ölkənin məmur deyirsə ki, kürdlərə görə Azərbaycan pasportunu, hərbi biletini yandırmağa hazırdır, bu çox təhlükəlidir”.
Mynews.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə deputat Fazil Mustafa Milli Məclisin iclasında Laçın rayon icra hakimiyyətində çalışan Füzuli Tanrıverdiyevin Şimali İraqda keçirilən referenduma dəstək verməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, hansısa bir məmurların bu işə qarışması acınacaqlıdır: " Çünki sabah Azərbaycana da torpaq iddiaları ola bilərlər. Bizim üçün dövlət atributlarımız, bayrağımız, gerbimiz, pasportumuz hamımıza doğmadır. Kim onu yandırmaq istəyirsə, cəhənnəm olub getsin o ölkənin pasportunu daşısın. Bu münasibət Türkiyə ilə Azərbaycan arasında olan münasibətlərə də zərər vurur”.
Deputat Vahid Əhmədov da eyni məsələ ətrafında danışıb.
"Sən necə ola bilər ki, Azərbaycan pasportunu daşıyırsan , amma Kürdüstanı müdafiə edirsən. Mən Zakir Qaralova müraciət edirəm ki, bu məsələni diqqətdə saxlasın. Əgər buna diqqət yetirməsək, gələcəkdə Azərbaycan üçün problem yarana bilər”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub