Bu gün saat 9:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun Sabir qəsəbəsi ərazisindən keçən hissəsində iki "Mersedes” markalı minik avtomobilinin toqquşması nəticəsində ölən 3 nəfərin və xəsarət alan 4 nəfərin adı məlum olub.
Şamaxı Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, Bakı sakini, 1971-ci il təvəllüdlü Cəbiyev Elman Hüseyn oğlu, onun 18 yaşlı qızı Nigar Hüseynova və Ağsu rayonu Kəndoba kənd sakini, 1976-cı il təvəllüdlü Soltiyev Teymur Bədirxan oğlu qəzada ölüb.
Bakı sakini, 1973-cü il təvəllüdlü Hüseynova Gülnarə Yolçu qızı, Ağsu rayon sakinləri - 1966-cı il təvəllüdlü İbrahimov İlqar Fərhad oğlu, 1973-cü il təvəllüdlü Babayev Elşən Muradxan oğlu və 1978-ci il təvəllüdlü Babayev Cavid Əlibaba oğlu ağır bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub