"Rayonlarda tez-tez insanlarla görüş keçiririk. Onlar mənə bir sual verirlər ki, ölkəmizdə istehsal olunan məhsulların qiymətləri xaricdən gətirilən məhsulların qiymətlərindən niyə bahadır?”
Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu deputat Çingiz Qənizadə Milli Məclisdə deyib.
Onun sözlərinə görə, son vaxtlar manatın dəyəri 4 faiz yüksəlib: “Bəs nəyə görə yağın qiyməti 18 manata çatıb? Dünən özüm də mağazaya girdim, bəzi yağların qiymətinin 18 manata çatdığını gördüm. İnsanları narazı salmaq olmaz. Sahibkarlar bunu nəzərə almalıdır. Eyni zamanda, ətin də qiyməti qalxır. Antiinhisar Komitəsi tərəfindən qiymətlərin tənzimlənməsinə ehtiyac var”.
Spiker Oktay Əsədov deputatın çıxışına belə reaksiya verib : “Bura qiyməti qaldırmaq üçün başqa ölkədən kəşfiyyatçı gəlməyib ki?! Onlar da öz vətəndaşlarımızdır”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub