Orta məktəblər üçün 8-ci sinif İngilis dili kitabında Azərbaycan məktəbi Əfqanıstandakı kimi, Əfqanıstandakı məktəb isə Azərbaycandakı kimi göstərilib.
Yeni dərsliyin 14-cü səhifəsindəki bu səhv şagirdlərdə çaşqınlıq yaradıb. Valideynlər belə səhvin dərsliklərdə öz əksini tapmasını qəbuledilməz hesab edirlər.
Dərsliyi yazan müəllif Qıztamam Quliyeva məsələ ilə bağlı “Xəzər Xəbər”ə verdiyi açıqlamada bildirib ki, həmin səhv dizayn zamanı baş verib. Onun sözlərinə görə, iki ölkə arasındakı müqayisə cədvəl şəklində daha aşağıda göstərilməli idi. Ancaq dizayn səhvindən o sözlər həmin şəklin altında yerləşib və buna görə də yanlışlığa səbəb olub. Müəllifin sözlərinə görə, artıq həmin səhv onlar tərəfindən qeydə alınıb və növbəti nəşrlərdə bu problem ortadan qaldırılacaq.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub