Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az Report-a istinadla xəbər verir ki, 36 yaşlı Ağamalı Yalçın Fəzail oğlu Azərbaycan Tibb Universitetinin qabağında idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Nurullayev Qərib Şakir oğlunu vurub.
Nəticədə piyada ağır xəsarət alıb. O, sürücünün köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün izahatını alıb.
Y.Ağamalı Milli Məclisin deputatı Fəzail Ağamalının böyük oğludur.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub