“21909 nəfər xəstə alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova deyib.
O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: “Xüsusən, 30-35 yaşdan yuxarı olan şəxslər alkoqolizmdən əziyyət çəkir. 2016-cı ildə alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadın olub”.
Alkoqolizmin narkoloji xəstəlik hesab olunduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xroniki residivləşən, yəni təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aid edilir: “Alkoqolizm narkomaniyadan fərqli olaraq, bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyinin birbaşa ölümə səbəb olma riski isə çox aşağıdır”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub