Bir müddət əvvəl Bakıda doğranmış vəziyyətdə aşkar edilən kişinin əli tapılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hissələrə parçalanmış kişi meyitinin sağ əli (dirsəkdən aşağı) Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilib.
Artıq onun barmaq izləri və dırnaqları götürülüb.
Meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edək ki, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında hissələrə parçalanmış naməlum kişi meyiti aşkar edilib. Tapılmış kişi meyiti hissələrə bölünmüş vəziyyətdə olub. Onun başı və ayaqları bir neçə gün sonra tapılıb, əlləri isə tapılmamışdı..
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanları meyitin baş hissəsinin fotoşəkilini də yayıb. Həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.
APA
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub