USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Turistlərin olduğu avtomobil Şamaxı şəhərinə gətirilir YENİLƏNİB

21:00 03.10.2017
Turistlərin olduğu avtomobil Şamaxı şəhərinə gətirilir YENİLƏNİB
21:00 03.10.2017

Turistlərin olduğu “Nissan” markalı avtomobil yedəyə alınıb

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış 2 nəfər xarici vətəndaş Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının qüvvələri tərəfindən aşkar olunub.

FHN-dən İstiPress-ə bildiriblər ki, hər iki şəxs Rusiya Federasiyasının vətəndaşıdır. Turistlərin olduğu “Nissan” markalı avtomobil yedəyə alınaraq, Şamaxı şəhərinə gətirilir. Əlavə məlumat veriləcək.

saat 16:42

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların yeri  Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən müəyyənləşib.

İstiPress-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, turistlərin sağlamlığı üçün təhlükə yoxdur. Onlar helikopter vasitəsilə təxliyə olunmaqdan imtina ediblər.

Hazırda Mülki Müdafiə Qoşunlarının qüvvələri vətəndaşlara müvafiq köməklik göstərmək üçün həmin yerə doğru hərəkət edirlər. Əlavə məlumat veriləcək.

saat 16:03

Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə qalmış xarici vətəndaşların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən operativ və təxirəsalınmaz tədbirlər görülür.

FHN-dən İstiPress-ə bildiriblər ki, bir qədər əvvəl nazirliyin Aviasiya dəstəsinin "Ka-32A" helikopteri turistlərin axtarışlarına cəlb olunub. Əlavə məlumat veriləcək.

saat 13:44

Fövqəladə Hallar Nazirliyi Şamaxıda əcnəbilərin köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat yayıb.

İstiPress-in nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dövlət Dəniz Administrasiyasından  daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Pirbəyli kəndi yaxınlığında xarici vətəndaşların olduğu 2 ədəd "Nissan" markalı avtomobil çətin keçilən dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

FHN-in Mülki Müdafiə Qoşunlarının müvafiq qüvvə və texnikası əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək.

saat 13:18

Xaricilər Şamaxıda köməksiz qaldılar. Dövlət Dəniz Admnistrasiyasından İstiPress-ə verilən məlumata görə, oktyabrın 3-də saat 06:48 radələrində Amerika Birləşmiş Ştatlarının “911” çağrı mərkəzindən administrasiyanın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə “Nissan Patrol” markalı iki avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Yardıma ehtiyacı olan şəxslər barədə məlumat və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə ötürülüb. Hazırda mümkün vasitələrlə axtarış–xilasetmə əməliyyatları həyata keçirilməkdədir.

 


Xəbər lenti

300x200r