Dahi şairin adını daşıyan stansiya, əvvəlki milli memarlıq üslubunda təmir olundu.
Bir il əvvəl təmirə bağlanan “Nizami” metrostansiyası istifadəyə verilib. Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin sözlərinə görə, təmir-bərpa işləri 3 mərhələdə həyata keçirilib.
41 yaşlı stansiya, illər keçdikcə yararsız vəziyyətə düşmüşdü. Mərmərlər ömrünü başa vurmuş, üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlmiş, rəngləri solmuşdu. Havalandırma sistemi zəif olduğundan dekorativ-memarlıq elementləri isə pozulmuşdu. Hava dövriyyəsini sürətləndirmək üçün platformaaltı sahədə arakəsmələr dağıdılıb və digər konstruktiv tədbirlər görülüb.
Stansiyanın üslubunu qoruyaraq təmir olunması sərnişinlərin diqqətindən yayınmayıb.
Eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri həyata keçirilməyib. Nəsimi Paşayevin sözlərinə görə, eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq. Buna görə də təmir gələcəkdə həyata keçiriləcək.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub