Bu gün Bakının Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Mynews.az-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.
"Xəyal Adası" MMC-yə məxsus kompleksin qazlaşdırılması məqsədilə yeni tikilmiş Qaz Paylayıcı Stansiyanın magistral qaz nəqli şəbəkəsinə birləşdirilməsi məqsədilə aparılan təmir işləri ilə bağlı oktyabrın 4-də saat 07:00-dan 3 gün müddətində "Yeni Binə" Qaz Paylayıcı Stansiyasından qaz təchizatı dayandırılacaq. Təmir müddətində Xəzər rayonunun Binə sovxozu ərazisinin qaz təchizatında məhdudiyyət yaranacaq.
Göstərilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub