Oktyabrın 3-də Bakıda 4 avtomobil sürücüsü ehtiyatsızlıq edərək piyadaların üst-başını çirkləndirib.
Mynews.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi bildirib ki, bəzi sürücülər hava şəraitini nəzərə almadan yollarda yüksək sürətlə hərəkət edir, yollarda yığılan yağış suları və lilli suya nəzər yetirmədən yol kənarı ilə hərəkət edən piyadaların üstünü çirkləndirirlər: “Bununla bağlı ötən gün 4 avtomobil sürücüsü barədə məlumat daxil olub. Artıq həmin avtomobillərdən birinin yeri müəyyənləşdirilərək saxlanılıb və inzibati qaydada məsuliyyətə cəlb edilib. Sürücülərdən xahiş edirik ki, hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti nəzərə alsınlar və piyadalara diqqət yetirsinlər”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub