Bakının Nəsimi rayonu ərazisində deputat oğlunun piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Mynews.az report-a istinadən xəbər verir ki, deputat, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Fəzail İbrahimlinin oğlu 1987-ci təvəllüdlü Tural İbrahimli "Jeep Wrangler" markalı "90-BJ-555" dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurub.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırılıb.
Xəstəxananın həkimləri yaralının vəziyyətini ilkin olaraq orta-ağır kimi qiymətləndirib.
Xəsarət almış tələbənin atası Şakir Nurullayev "Report"un əməkdaşı ilə söhbətində oğlu Qərib Nurullayevin orta-ağır dərəcəli xəsarət aldığını təsdiqləyib: "Lakin hadisə piyadanın vurulması ilə olmayıb. Deputat Fəzail İbrahimlinin oğlu Tural İbrahimli yolda yıxılaraq xəsarət almış oğlumu xəstəxanaya çatdırmaqda kömək edib".
Deputat Fəzail İbrahimli isə "Report"a açıqlamasında oğlunun heç kimi maşınla vurmadığını deyib. O, "Oktyabrın 2-də oğlunuz Tural İbrahimli xəsarət almış tələbəyə yardım edərək onu xəstəxanaya aparıbmı" sualına isə belə cavab verib: "Vurmaq ayrı şeydir, kömək etmək ayrı. Qısa və aydın şəkildə deyirəm ki, mənim oğlum heç bir qəza törətməyib".
Qeyd edək ki, T.İbrahimli nazirliklərdən birində çalışır.
Xatırladaq ki, ötən gün xəbər hazırlanarkən deputat Fəzail İbrahimli əvəzinə, onun həmkarı Fəzail Ağamalının adı hallandırılıb. "Report" mənbənin verdiyi yanlış informasiyanı dərc etdiyinə görə Ağamalı ailəsindən üzr istəyir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub