"Tutulmamışdan qabaq istədim özümü öldürüm”.
Apa-nın xəbərinə görə, bunu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmədə deyib.
Prosesdə son sözlə çıxış edən A. Çovdarov "Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar", - deyə əlavə edib.
Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov son söz deməyə başlayıb.
A. Çovdarov nitqində təqsirsiz olduğunu deyib.
Daha sonra proses qapalı elan olunub, zərərçəkənlər zaldan çıxarılıb.
Proses davam edir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub