“Azərbaycan qanunvericiliyinə müvafiq olaraq, bütün lazımi normalara riayət olunduğu halda, Azərbaycan vətəndaşlığını almaq olar. Belə ki, əgər bir şəxs Azərbaycan iqtisadiyyatına 50 mln. manat yatırım etsə, bizim ölkənin vətəndaşlığını sadələşdirilmiş sistemlə ala bilər”.
Mynews.az-ın məlumatına görə, bunu Echo.az-a Dayanıqlı inkişaf tədqiqat mərkəzinin sədri Nəriman Ağayev deyib.
Onun sözlərinə əsasən, bu zaman investor Azərbaycanda daimi yaşayış hüququ əldə etmiş olur.
“Ona görə də Azərbaycan vətəndaşlığını “satmağa” ehtiyac yoxdur. Lakin bu yolla xarici investorları ölkəmizə cəlb etmək olar. Məsələn, ölkədə bu və ya digər layihənin həyata keçiriləcəyini elan etmək və xarici investorlar tərəfindən maraq olduqda, onlara investisiya qarşılığında vətəndaşlıq təklif etmək olar”.
Qeyd edək ki, qanuni əsaslarla ölkəmizin ərazisində son beş il ərzində yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycanın Konstitusiya və qanunlarına riayət edən, dövlət dilini bilməsi haqqında müvafiq sənədləri təqdim edən xarici vətəndaşlar, yaxud vətəndaşlığı olmayan şəxslər irqindən və milliyyətindən, cinsindən, təhsilindən, dini mənsubluğundan, siyasi və digər baxışlarından asılı olmadan, qanunvericiliyə müvafiq olaraq, öz ərizəsi əsasında Azərbaycan vətəndaşı ola bilərlər.
Migration.gov.az saytının yaydığı məlumata görə, şəxsə vətəndaşlığın verilməsi, Azərbaycan Respublikasının vətəndaşlığının bərpa edilməsi, yaxud dayandırılması Azərbaycan Respublikasının prezidentinin müvafiq sərəncamı əsasında mümkündür.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub