Mynews.az primetime.az-a istinadən xəbər verir ki, yağan yağışlar paytaxtda bir sıra problemlərin daha da qabarması ilə nəticələnir. Həmin problemlərdən biri də Binəqədi rayonunun yağış sularının altında qalması ilə bağlıdır. Bu dəfə də Bakıya yağan intensiv yağışlar Binəqədidə bir sıra fəsadlara yol açıb. Sakinlər nə qədər şikayət etsələr də, onların problemini həll edən tapılmır. Bildirilir ki, yağış yağan gündən etibarən Fövqəladə Hallar Nazirliyinin maşınları əraziyə gəlir, lakin su basqınının qarşısını ala bilmirlər. Onların sözlərinə görə, ərazidə ən çox satılan məhsul rezin çəkmələrdir. Çəkmələrin qiyməti 8 manatdan başlayır. Keyfiyyətliləri isə 20-25 AZN-dir. Rayonunda kollektorların olmamasına görə yollarda keçilməz gölməçələr meydana gəlib, küçə və həyətyanı sahələri su basıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub