Dünən Azərbaycana yağan şiddətli yağışdan sonra Abşeron rayonunun Masazır qəsəbəsindəki obyektlərdən birinin həyətindəki maşınlar suyun altında qalıb.
Mynews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Masazırda "Aysu” Qida Sənayesi şirkətinin qarşısından başlayaraq, təxminən 300 metr ərazinin əksər hissəsi suyun altında qalıb. Bir metrdən artıq dərinliyi olan gölməçə nəticəsində 100-ə yaxın avtomobil də gölməçədə "qərq olub”.
Həmin maşınlar uzun müddətdir orada saxlanılır. Belə ki, bu avtomobillər "Bank Standard” vasitəsilə kreditə götürülən, lakin ödənişi tamamlanmayan maşınlardır. Buna görə də bank tərəfindən geri alınaraq burada dayanacağa qoyulub.
"Bank Standard”ın əməkdaşlarından hadisə yerinə gələn, suyun altında qalan avtomobillərin taleyi ilə maraqlanan olmayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub