ARB telekanalında yayımlanan "Səhər-səhər" verilişində növbəti qalmaqal yaşanıb.
Proqramın 2 gün öncə yayımlanan buraxılışında qonaq olan "Viner" Hüseyn Əzizoğlu və aparıcı Rövşanə Bektaşi arasında gərginlik yaranıb.
Belə ki, aparıcı H.Əzizoğlunu bəyənmədiyini qeyd etdikdən sonra ikili arasında mübahisə başlayıb.
Tanınmış prodüser Tarix Əliyev baş verən hadisəyə biganə qalmayaraq şəxsi instaqram hesabında sözügedən mübahisənin görüntüsünü paylaşaraq fikir bildirib:
"ARB telekanalının rəhbərliyi məndən inciməsin. Əgər siz yeni aparıcınızın kim olduğunu bilmirsinizsə və kimlərisə çağırıb burada ANS yaratmaq istəyirsinizsə mən sizə deyim. Rövşanə ola bilər ki, yaxşı aparıcıdır, amma qarşısında əyləşən Hüseyn Əzizoğlu bu gün gənclər arasında sizin telekenalda aparıcılıq edən aparıcıların hamısından çox sevilir. Ən azından sizin aparıcınızı heç bir universitet dəvət edib tələbələrlə görüş keçirtməz. Amma H.Əzizoğlunu bu gün bütün gənclər dəstəkləyir.
Orada bəzilərinin arvad paltarı geyməsə də nə oyunlardan çıxdıqlarını sadalasam...
Hər gün qalmaqalla guya reytinq verir. Məncə, özünə hörmət edən müğənni, aktyor, aparıcı bu verilişə qatılmaz. Misal üçün mən çıxmaram. Heç müğənnimi də qoymaram.
Yalnız Zümrüdün verilişində insanlar səmiyyət görürdü. Hüseyn Əzizoğlu sən heç narahat olma. Xalqın gözü tərəzidir və hər şeyi yaxşı bilir".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub