Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Bəylər Məmişov müdafiə çıxışı edib.
O, təqsirləndirilən şəxslərin barəsində irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini deyib: "Cəza məsələsinə gəldikdə isə dövlət ittihamçısı ilə razılaşmırıq. Biz təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini tələb edirik"
Hazırda məhkəmə iclası davam etdirilir.
Onu da əlavə edək ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında əməkdar artist Aygün Bəylərin qardaşı, A.Hümmətovun 19 il yarım, F.Məmmədzadənin 20 il, R.Əsirovun 20 il, E.Alxasovun 20 il, E.Əsədovun 18 il və C.Alxasovun isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
/Report
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub