USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Vətəndaş bankı məhkəməyə verib dərs keçdi: 2000 AZN cərimə

10:54 20.02.2017
Vətəndaş bankı məhkəməyə verib dərs keçdi: 2000 AZN cərimə
10:54 20.02.2017
"Bir neçə həftə əvvəl Nəsimi rayon məhkəməsinin hakimi Azər Paşayevin qətnaməsinə əsasən Unibankın Antikollektorun müdafiə etdiyi vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməli olduğu haqda məlumat vermişdim. Həmin qərar arzuladığımız kimi presedentə çevrilir. Belə ki, analoji qətnaməni Nərimanov rayon məhkəməsinin hakimi Kəmalə Əmirxanova da qəbul edib. Özü də bu dəfə bank borcluya 2000 manat ödəməli olacaq".
 
Bunu hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, vətəndaş avtomobil kreditini vaxtında ödəyə bilmədiyi üçün bank bu barədə onun iş yerinə məlumat vermiş və bununla da bank sirrini pozmuşdur: 
 
"Məhkəmə hesab edib ki, nəticədə borclu vətəndaş mənəvi sarıntı və iztirab keçirib. Məhz buna görə də bank vətəndaşa 2000 manat ödəməlidir". 
 
Mütəxəssis banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağırıb. 
 
 

 

 

 

 

 


Xəbər lenti