“Atəşgah” klubunun biliciləri Azərbaycanı Baltikyanı ölkələrin intellektual oyunlar üzrə Açıq Tələbə Kubokunda təmsil edəcəklər.
Oktyabr ayının 7-8-də Rusiya Federasiyasının Kalininqrad şəhərində intellektual oyunlar üzrə Açıq Tələbə Kuboku keçiriləcək.
Beynəlxalq festivalın iki günlük proqramında “Kim? Harada? Nə zaman?”, “Erudit-Kvarted”, eləcə də, “61”, “Üçlük” kimi komanda oyun distiplinləri üzrə medal dəstləri oynanılacaq.
Baltikyanı ölkələrin 30-dan çox Avropa ölkəsi iştirak edəcək Açıq turnirində Azərbaycanı "Atəşgah" klubunun "ExLibris" komandası təmsil edəcək.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən ibarət "ExLibris" komandası “Atəşgah” klubunun tələbə liqasının nəticələrinə əsasən, Azərbaycanı təmsil etmək hüququ əldə edib.
Komandanın tərkibinə Əbdül Quliyev, Nərgiz Qədirzadə, Fərid Əliyev, Tural İsazadə, Eldar Zeynallı və Kamran İbrahimov (komandanın kapitanı) daxildir. Komandanın məşqçisi isə tarix elmləri namizədi Emil İsgəndərovdur.
“Atəşgah” bilicilər klubu 1989-cu ildən fəalliyyət göstərir və Azərbaycanın ən qədim intellektual klubudur. Klubun komandaları Azərbaycanı mütəmadi olaraq müxtəlif beynəlxalq turnir və festivallarda təmsil edirlər.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub