Bakıda sərnişin avtobusu çuxura düşüb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Mehdiabad - "Azadlıq prospekti" metrostansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində baş verib.
Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan "göl"ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Hadisə şahidlərinin dediyinə görə, batan avtobusun sərnişinlər "Qazel" vasitəsilə yolun quru hissəsinə daşınıb.
Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq, ərazidə su çəkilmir, gediş-gəlişin asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə nəqliyyat vasitəsi qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub