Sabunçu Rayon Məhkəməsində millət vəkili Çingiz Qənizadənin sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası təxirə düşüb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Ziya Şirinov bildirib ki, Qalib Salahzadə məhkəməyə gəlmədiyi üçün proses təxirə salınır.
Proses oktyabrın 12-nə təyin olunub.
Qeyd edək ki, Ç.Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.
Buna səbəb son vaxtlar Q.Salahzadənin Ç.Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub