ARB-də yayımlanan "Səhər-Səhər" verilişində maraqlı anlar yaşanıb.
Mynews.az-ın məlumatına görə, verilişdə qonaq olan xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovanı təhqir etməsi haqda danışıb.
Yazıçı-jurnalist Qan Turalı hər iki xalq artisti arasındakı təhqirlərlə dolu qalmaqala toxunub. Ramiz Məlik jurnalistin Məleykə Əsədova mövzusuna toxunmasına sərt reaksiyası ilə diqqət çəkib. Maraqlıdır ki, xalq artisti bu açıqlamasına görə jurnalisti günahlandırıb.
"Bu məsələ artıq bitib. Bu, şəxsi məsələdir. Jurnalist tərbiyəsiz olanda, pulunu almaq üçün baxmır ki, qabağında kimdir, onu götürüb verəndə sayta. Əlbəttə ki, bu əxlaqsızlıqdır, jurnalist əxlaqsızlığıdır!"
Aktyorun sərt sözlərinə Qan Turalı "O sözləri siz deməmisiniz ki?" sualı ilə müraciət edib. Ramiz Məlik jurnalistə "Söhbət ondan getmir. Söhbət ondan gedir ki, hörmət lazımdır. Sənətkara hörmət lazımdır! Əgər ağzımnan çıxıbsa, deməli, hirsli olub, o sözləri işlətmişəm. Müzakirə etməyin məni" ifadələri ilə cavab verib.
Qan Turalı isə bu sözləri deyən xalq artistini tənqid edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub