Xəbər verdiyimiz kimi AXCP və "Milli Şura" Bakıda yerləşən "Məhsul" stadionunda mitinq keçirdəcək.
BiG.AZ xəbər verir ki, sabah keçiriləcək mitinq sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, müzakirələr zamanı fikir ayrılıqları da müşahidə edilib. Bəziləri mitinqə gələcəklərini bildirsələr də, bir qism insanlar təzyiqlər və digər problemlər səbəbindən mitinqə qatılmayacağını bildiriblər. Həmçinin yayılan məlumatlar arasında partiya üzvlrəinin həbs olunma xəbərləri də yer alıb. Partiya üzvlərinin bu barədə sosial şəbəkələrdə yaydığı məlumatlara dörə AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Arif Nağıyev dünən günorta saatlarında, partiyanın digər fəalları Vüsal Tağızadə, Zaur Cabbarlı, Ağaseyid Hüseynli, Kənan Baskal, xanımlardan isə Nərmin Xəlil, Gülnarə Əli Qızı Quliyeva, İradə Nəriman, Səadət Cahangir və adlarını müəyyənləşdirməyə çalışdığımız 50-yə yaxın üzv saxlanılılb.
Məsələ ilə bağlı partiya sədri Əli Kərimli, eləcə də digər partiya funksionerləri ilə əlaqə saxlayıb aydınlıq gətirməyə çalışsaq da onlar məlumat verməyib, digər funksionerlər isə məlumat verməkdən imtina edərək məsələni ciddi şəkildə gizli saxlayıblar.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub