Əmlak Məsələləri Dövlət Komitəsi milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70 faiz icra edib.
Mynews.az bildirir ki, Komitəyə prioritet sahələrdə özəlləşdirmənin həyata keçirilməsi, torpaq bazarının inkişaf etdirilməsi, elektron kənd təsərrüfatının qurulması, qeydiyyat və uçot sisteminin təkmilləşdirilməsi və digər məsələlər tapşırılıb.
Uzun illərdi ki, müxtəlif bölgələrdə torpaqların sərhədlərinin müəyyən edilməsində, eləcə də torpaqlardan təyinatına görə istifadəsində problemlər yaşanırdı.
Odur ki, çətinliklərin aradan qaldırılması üçün torpaqların qeydiyyat sisteminin yaradılması daha da sürətləndirilib.
Yol xəritəsinə uyğun olaraq, bir sıra kampaniyalar da həyata keçirilib. Məsələn, kütləvi çıxarış kampaniyası vasitəsilə minlərlə insan mənzilinə çıxarış əldə edə bilib. Bundan əlavə, müxtəlif dövlət idarələrinin özəlləşdirilməsi həyata keçirilib. Bununla da həmin idarələr özəl şirkətlərin idarəçiliyinə verilərək, dövlət büdcəsinin yükü bir qədər azaldılacaq.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilovun sözlərinə görə, vətəndaşlara şəffaf xidmətlərin göstərilməsi üçün onların bir qismi elektronlaşdırılıb. Nəticədə insanlar vaxt itirmədən Komitənin xidmətlərindən istifadə edə biliblər.
Görünən odur ki, dövlət idarələri Strateji Yol Xəritəsində göstərilən istiqamətlərə çox ciddi əməl edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından olduqca vacibdir. /xezerxeber.az
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub