Aysel Novruz adlı fransız dili müəllimi maraqlı təşəbbüslə çıxış edib.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, 32 yaşlı qadın, “Facebook” sosial şəbəkəsindəki izləyicilərinə fransız dili öyrətmək qərarına gəlib.
O, virtual dostlarına öz minnətdarlığını bildirmək üçün belə bir addım atdığını deyir.
Təhsilini Fransada alan qadın, ona köməklik edənlərlə yanaşı, 15 mindən çox izləyicisinə də 50 qəpiyə dil öyrətməyi planlaşdırır. Xidmət qarşılığında alacağı qəpiyi isə simvolik olaraq seçib.
Aysel Novruz, dərslərin həftədə iki gün olacağını deyir. Dərs saatının isə digərlərindən fərqlənməyəcəyini söyləyir.
Qeyd edək ki, adambaşına 50 qəpiyə yalnız 1 ay ərzində fransızca öyrənmək mümkündür. 10 ildən çox Fransada yaşayan qadın, “Facebook” dostlarına sonradan da qiymət baxımından güzəşt ediləcəyini deyir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub