"Türkiyə investisiya qoymaq üçün ən uyğun ölkələr sırasındadır. Boğazdan gün ərzində 20-30 Palmali gəmisi keçir.”
Mynews.az xəbər verir ki bu sözləri Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov söyləyib. Onun sözlərinə görə, gəmiçilik, turizm və inşaat sahəsində Türkiyəyə 1,5 milyard dollardan çox sərmayə qoyulub.
Mənsimov Şimali İraqdan heç vaxt neft daşımadıqlarını söyləyib:
"Şimali İraqla heç vaxt əməkdaşlıq etməmişik. Buna görə də, Şimali İraqa tətbiq olunan embarqo bizə təsir etməyəcək.”
Həmçinin iş adamı əlavə edib ki, onların əsas işi dənizçilikdir, bu məqsədlə də ABŞ-da və Avropadakı layihələri yaxından izləyirlər.
Türkiyəyə sərmayə qoymağın əlverişli olduğunu vurğulayan Mənsimov dənizçilik sahəsində Palmalinin əhəmiyyətli mövqedə dayandığını bildirib: "BP, Shell, otal, Greencore, Rosneft kimi şirkətlərlə çalışırıq. Dənizçilik sahəsində dünya səviyyəli şirkətlərin siyahısında ilk beşlikdəyik.”
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub